Yəmənli uşaqların dəfn mərasimi keçirilib
-
Yəmənli uşaqların dəfn mərasimi keçirilib
Səədə vilayətində yerləşən Zəhiyan məntəqəsində şəhid uşaqlar və digər şəhidlərin cənazələri Yəmən vətəndaşları tərəfindən müşayiət olunub.
Uşaqlar şəhidlərin dəfn mərasimində geniş iştirak ediblər və səud koalisiyasının cinayətlərindən hiddətə gəlmiş Yəmən vətəndaşları ABŞ-a və səudiyyəyə qarşı şüarlar veriblər.
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi bu mərasimdə deyib ki, Zəhiyanda uşaqların qırğın edilməsi cinayəti Amerikanın və onun təcavüzkar koalisiyadakı müttəfiqlərinin cinayətidir.
O, sonra deyib: Yəməndə uşaqların vəhşicəsinə qırğın edilmələri amerikanların Yaponiyada və digər ölkələrdə törətdikləri cinayətlərin təkrarıdır. Əgər Amerika dövlət departamenti bu qırğınlara göstəriş verməsəydi, Ərəbistan və amerikalı zabitlər komandanlıq otaqlarında bu cinayəti törədə bilməzdilər.