Səudiyyə qırıcıları əl-Hüdəydəyə hücum etdi; bir ailənin üzvləri al-qana boyandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319890-səudiyyə_qırıcıları_əl_hüdəydəyə_hücum_etdi_bir_ailənin_üzvləri_al_qana_boyandı
Ötən gecə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdəydə vilayətinin Dərihəmi rayonuna hücumunda bir ailənin beş üzvü al-qana boyanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 04:37 Asia/Baku
  • Səudiyyə qırıcıları əl-Hüdəydəyə hücum etdi; bir ailənin üzvləri al-qana boyandı
    Səudiyyə qırıcıları əl-Hüdəydəyə hücum etdi; bir ailənin üzvləri al-qana boyandı

Ötən gecə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdəydə vilayətinin Dərihəmi rayonuna hücumunda bir ailənin beş üzvü al-qana boyanıb.

Səudiyyə rejimi qırıcıları 2 avqust cümə axşamı da əl-Hüdəydə şəhərinin Əs-Surə xəstəxanasını atəşə tutmuşdular. Bu cinayətdə azı 60 yəmənli həlak olmuş, 100 nəfər də yaralanmışdı. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.