Sionistlər əl-Əməri düşərgəsinə basqın etdilər; Fələstinli mübariz qadının mənzili mühasirəyə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319896-sionistlər_əl_Əməri_düşərgəsinə_basqın_etdilər_fələstinli_mübariz_qadının_mənzili_mühasirəyə_alındı
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində əl-Əməri düşərgəsinə basqın edərək fələstinli mübariz qadın Lətifə Əbu Həmidin mənzilini mühasirəyə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 06:55 Asia/Baku
  • Sionistlər əl-Əməri düşərgəsinə basqın etdilər; Fələstinli mübariz qadının mənzili mühasirəyə alındı
    Sionistlər əl-Əməri düşərgəsinə basqın etdilər; Fələstinli mübariz qadının mənzili mühasirəyə alındı

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində əl-Əməri düşərgəsinə basqın edərək fələstinli mübariz qadın Lətifə Əbu Həmidin mənzilini mühasirəyə alıblar.

Mehr İnformasiya Agentliyinin VƏFA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə sionistlərin fələstinlilərə qarşı düşmənçilik hərəkətləri davam edir və sionistlər fələstinli mübariz qadın Lətifə Əbu Həmidin mənzilini dağıtmaq üçün hazırlaşırlar. 

Lətifə Əbu Həmid bir şəhid və 6 əsir anasıdır. 

Fələstinin rəsmi dairələrinin məlumatına görə, ötən ayda sionist hərbçilərin İordan çayının qərb sahilində müxtəlif bölgələrə hücumunda 520 fələstinli saxlanılıb. 

Saxlanılanlar arasında 69 uşaq, 9 qadın və 5 jurnalist vardır. 

Fələstin dairələrinin bildirdiyinə görə, 31 iyun 2018 tarixinədək işğalçıların həbsxanalarında fələstinli əsirlərin sayı 6 min nəfərdir. Onların 53-ü qadın, 3-ü yeniyetmə qız, 300 nəfəri isə uşaqdır.