Taliban Qəzney vilayətinin beş rayonunu ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319900-taliban_qəzney_vilayətinin_beş_rayonunu_ələ_keçirib
Əfqanıstanda dairələr Qəzney vilayətinin beş rayonunun Taliban qrupu ünsürlərinin əlinə keçdiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 07:29 Asia/Baku
  • Taliban Qəzney vilayətinin beş rayonunu ələ keçirib
    Taliban Qəzney vilayətinin beş rayonunu ələ keçirib

Əfqanıstanda dairələr Qəzney vilayətinin beş rayonunun Taliban qrupu ünsürlərinin əlinə keçdiyini bildiriblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Əfqanıstanın Qəzney vilayətindəki yerli rəsmiləri çərşənbə axşamı günü bildiriblər: Qəzneydə Əfqanıstan ordusu qüvvələri və Taliban qrupu ünsürləri arasında qarşıdurmaların artması ilə yanaşı, Xacə Əmri, Rəşidan, Əcirstan, Xuqyani və Cəğtu rayonları bu qrupun nəzarətinə keçib. 

Qəzney Vilayət Şurasının üzvü Nəsir Əhməd Fəqiri deyib: Mərkəzi hökumət təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması və Talibanın hücumlarının qarşısının alınması üçün addımlar atmazsa, bu vilayətin başqa rayonları da Talibanın əlinə keçəcək. 

Qəzney vilayətinin 19 rayonu var. 

Qəzney vilayətində ötən beş gün ərzində Əfqanıstan ordusu qüvvələri və Taliban qruplaşması üzvləri arasında qarşıdurmalar nəticəsində 200-dən çox Talibançı, 100 əfqan təhlükəsizlik qüvvəsi, təxminən 30 sivil ölüb.