Əl-Qaidə və İŞİD Yəmənə qarşı döyüşdə iştirak edir
Avq 16, 2018 04:17 Asia/Baku
Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Abdussalam deyib: Əl-Qaidə və İŞİD terror qrupları qərb sahili döyüşündə səudiyyəli təcavüzkarların kənarında döyüşürlər.
Yəmənin əl-Məsirə xəbər portalının məlumatına görə, Məhəmməd Abdussalam deyib: Sionist rejim də Yəmənin qərb sahilindəki döyüşdə aktivdir və Yəmən ordusu və xalq komitələri qüvvələrinin qələbələrindən nigarandır.
Yəmən Ənsarullah Hərəkatının sözçüsü deyib: Əbu Dabi aerportuna son hücum uğurlu əməliyyat idi, on dörd nəfər yaralandı və aeroporta ciddi xəsarətlər vurdu.
Yəmənin Pilotsuz Uçan Aparatları 26 iyulda Əbu Dabi beynəlxalq aeroportunu atəşə tutmuşdu.