Avq 17, 2018 16:38 Asia/Baku
  • Səudiyyəlilər təcavüzkarlara 100 milyon dollar yardım ediblər
    Səudiyyəlilər təcavüzkarlara 100 milyon dollar yardım ediblər

Səudiyyə Ərəbistanı Amerikanın başçılıq etdiyi "İŞİD-ə qarşı beynəlxalq koalissiya"-ya 100 milyon dollarlıq maliyyə yardımı edib.

İRNA-nın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Suriyada böhranın başlandığı gündən Suriya dövlətinin əleyhinə olanları və terrorçu qrupları dəstəkləyir. 

Amerika və onun müttəfiqləri 2014-cü ildən İŞİD terrorçuları ilə mübarizə bəhanəsi ilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsindən kənar şəkildə və Suriya dövləti ilə koordinasiya etmədən koalissiya təşkil edib. 

Halbuki bu dırnaq arası anti-terror koalissiyasının Suriyanın müxtəlif bölgələrinə hücumlarında indiyədək minlərlə suriyalı mülki həlak olub və yaralanıb. 

Suriya BMT-yə və Təhlükəsilzik Şurasına ayrı-ayrılıqda məktublar ünvanlayaraq Amerikanın başçılıq etdiyi koalissiyanın hərbi təyyarələrinin Suriya ərazilərinə təcavüzünü dəfələrlə pisləmişdir. 

Teqlər