Qətərdən Səudiyyə Ərəbistanına qarşı şikayət
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320190-qətərdən_səudiyyə_Ərəbistanına_qarşı_şikayət
Qətərin insan haqları üzrə milli komitəsi bildirib ki, bu ölkədə yaşayan əcnəbilərin həcc mərasimində iştirakdan məhrum edildiklərinə görə Səudiyyə Ərəbistanına qarşı şikayətləri Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına göndərilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2018 16:58 Asia/Baku
  • Qətərdən Səudiyyə Ərəbistanına qarşı şikayət
    Qətərdən Səudiyyə Ərəbistanına qarşı şikayət

Qətərin insan haqları üzrə milli komitəsi bildirib ki, bu ölkədə yaşayan əcnəbilərin həcc mərasimində iştirakdan məhrum edildiklərinə görə Səudiyyə Ərəbistanına qarşı şikayətləri Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına göndərilib.

İRİB-in verdiyi məlumata görə, Qətərdə yaşayan əcnəbilər Səudiyyə dövlətini ikinci ildir onların həcc mərasimində iştirakına maneə yaratmaqda ittiham ediblər. 

Qətərin insan haqlaır üzrə milli komitəsi bildirib ki, bu ölkədə yaşayan əcnəbilərdən onlarla şikayət alıb . Onlar Səudiyyə Ərəbistanı Qətərlə quru sərhədlərini bağladıqdan və Qətərin həcc karvanlarının məhrum olmasından sonra Həccə gedə bilməyiblər. 

Öncə də Hərəmeyni Şərifeynə nəzarət üzrə beynəlxalq heyət iyulun 17-də ayrı-ayrılıqda məktublarda BMT insan haqları şurası, Avropa Parlamentinin insan haqlaır komitəsindən həcci siyasiləşdirdiyinə görə Səudiyyə Ərəbistanı əleyhinə şikayət etmişdi. 

Səudiyyə rejimi bu rejimin siyasətlərinə qarşı olan dövlətlərə təzyiq göstərmək üçün Yəmən, Suriya və Qətər kimi bəzi müsəlman ölkələrin vətəndaşlarını həcc mərasimində iştirakdan məhrum edib.