Yəmən xalqı beynəlxalq dairələrin Ərəbistanın cinayətləri qarşısında susmasına qəzəblənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320242-yəmən_xalqı_beynəlxalq_dairələrin_Ərəbistanın_cinayətləri_qarşısında_susmasına_qəzəblənib
Yəmən xalqı, qərb, əsasən də ABŞ, beynəlxalq dairələr, o cümlədən BMT səudiyyəlilərin Zəhyandakı cinayətləri qarşısında susmalarından qəzəblənib. Bu qəzəb yəmənlilərin ötəngünkü aksiyasında bəlli idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2018 16:22 Asia/Baku
  • Yəmən xalqı beynəlxalq dairələrin Ərəbistanın cinayətləri qarşısında susmasına qəzəblənib
    Yəmən xalqı beynəlxalq dairələrin Ərəbistanın cinayətləri qarşısında susmasına qəzəblənib

Yəmən xalqı, qərb, əsasən də ABŞ, beynəlxalq dairələr, o cümlədən BMT səudiyyəlilərin Zəhyandakı cinayətləri qarşısında susmalarından qəzəblənib. Bu qəzəb yəmənlilərin ötəngünkü aksiyasında bəlli idi.

On gün öncə səudiyyəlilər qırıcı təyyarələr və ABŞ raketləri ilə Zəhyanda yəmənli məktəbliləri aparan avtobusu bombardman etdilər. Bu cinayətdə 131 uşaq qətlə yetirildi və yaralandı. İnsan haqları iddiaçıları hələ də bu cinayətə reaksiya verməyiblər.

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru Lise Qrandenin səudiyyəlilərin cinayətlərini müşahidə edərkən ah çəkərək ağlaması onun üçün başağrısına çevrilib.

Həmin xanımın bu gün sabah səudiyyəlilərin təzyiqi nəticəsində öz vəzifəsini itirməsinə təəccüblənməyin.

Ehtimal üzrə ildə 66 yəmənli uşağın həlak olması statistikasını yayımlayan YUNİSEF də Ben Salmana cavab verməlidir. Əlbəttə macəra elə bununla bitmir.

Vəba və aclığın Yəməndə minlərlə insanın həyatına son qoyduğu halda, Ərəbistan Yəmənə göndərilən humanitar yardımlara daha ciddi şəkildə yoxlamaların tətbiq ediləcəyini bildirir.

BMT-də insan haqları tədqiqatçısı Katrina Rall deyir: Dünya BMT-nin bütün dünyada uşaqların hüquqlarını hərtərəfli şəkildə dəstəkləməsini istəyir. Və BMT lobbilərdən heç bir təsir almadan məsuliyyətli olmalıdır.

BMT-nin yeni 79 səhifəlik hesabatı gəldiyi önəmli qənaəti vardır. Belə ki, Səudiyyə Ərəbistanı aclıq və qıtlıqdan müharibə vasitəsi kimi istifadə edir.

Yəni hətta vaksinlərin daxil olmasının qarşısının alınması buna görədir ki, vəba hər gün minlərlə insanın həyatına son qoysun və əvəzində Ərəbistanı bu müharibədəki mövqeyini artıra bilsin.

BMT baş katibi bildirmişdi ki, hər on dəqiqədə beş yaşdan aşağı bir yəmənli uşaq önlənə bilən xəstəliklərə görə dünyasını dəyişir.

Bu isə İranın BMT-dəki səfiri Qulaməli Xoşrunun çıxışıdır. İran deyir ki, buna son qoyun. Bu münaqişənin həll yolu bombardman deyil.

İranın BMT-dəki səfiri deyib: Dünya ictimaiyyəti Yəmən üçün siyasi həll yolu tapmalıdır. Yəmən böhranı heç bir vəchlə bombardmanla həll olunmayacaq. ABŞ və İngiltərə də Yəmənin bombardman edilməsini davam etdirən Ərəbistanı dəstəkləməklə heç bir vəchlə Yəmən böhranını həll edə bilməzlər. İran BMT baş katibinə bildirib ki, Yəmən məsələsinin dinc şəkildə həlli prosesini irəlilətmək üçün bütün potensialından istifadə edəcək.

BMT indiyədək dəfələrlə Ərəbistana xəbərdarlıq edib ki, Yəməndə baş verənlər müharibə cinayətləridir. BMT-nin Yəmənə göndərdiyi elçilər qayıtdıqdan sonra deyirlər ki, orada baş verənlərdən şok vəziyyətə düşüblər.