Şeyx Qasim: Müqavimət cəbhəsi regionun proseslərini təyin edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320388-Şeyx_qasim_müqavimət_cəbhəsi_regionun_proseslərini_təyin_edir
Livan Hizbullahı baş katibinin müavini bildirib: Müqavimət hazırlığın zirvəsindədir və hazırda regionun proseslərini təyin edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2018 05:15 Asia/Baku
  • Şeyx Nəim Qasim
    Şeyx Nəim Qasim

Livan Hizbullahı baş katibinin müavini bildirib: Müqavimət hazırlığın zirvəsindədir və hazırda regionun proseslərini təyin edir.

Əl-Aləm televiziyasının məlumatına görə, Şeyx Nəim Qasim bazar günü Livanın cənubunda Ət-Teyri şəhərində 33 günlük müharibədə qələbə münasibəti ilə təşkil olunan tədbirdə deyib: İslam müqavimət qüvvələri sionist rejimi Livandan çıxardıqdan sonra, Livan, Suriya və İraqda təkfirçi terrorizmlə mübarizə üçün bölgədə müqavimət qruplarına başqa bir yol açıldı. 

Şeyx Qasim bildirib: 33 günlük müharibədə qələbə Livanın siyasi və təhlükəsizlik stabilliyinə və bu ölkəyə dünya səviyyəsində hörmətlə yanaşmağa gətirib çıxardı. Hazırda güclü Livan bu ölkəyə qarşı məkrli planların icra olunmasına imkan vermir. 

Livan Hizbullahı baş katibinin müavini xalq, ordu və müqavimət üçlüyünü vurğulayaraq deyib: Artıq Təl-Əviv Livan haqda hesablamalar edə bilməyəcək və müqavimət qüvvələri regionun proseslərinə təsir edirlər. 

Şeyx Qasim əlavə edib: Kişi, qadın, yaşlı, uşaq və müqavimət cəmiyyətində yaşayanların hamısı müqavimətə şamil olur. 

Sionist rejim və Livan Hizbullahı qüvvələri arasında 2006-cı il iyul ayında 33 günlük müharibə baş verdi. Həmin ilin 14 avqustunda Livan Hizbullahının qələbəsi ilə başa çatdı. Sionist rejim Livanla 33 günlük müharibədə məğlub oldu və bu müharibədə ağır itkilər verərək geri çəkildi.