Avq 20, 2018 10:24 Asia/Baku
  • Muqtəda Sədrin mehvərliyi ilə İraqın böyük koalisiyası formalaşmayıb
    Muqtəda Sədrin mehvərliyi ilə İraqın böyük koalisiyası formalaşmayıb

İraq seçkilərinin qalibi olan bir neçə koalisiyanın liderinin bir araya gəlməsinə rəğmən, Muqtəda Sədrin mehvərliyi ilə parlamentdə böyük fraksiyanın təşkil olunmasının elan edilməsi iclası nəticəsiz sona çatıb.

Əl-Aləm televiziyasının məlumatına görə, ötən gecə Saeron koalisiyasının mənəvi rəhbəri Seyid Muqtəda Sədr, Hikmət koalisiyasının rəhbəri Seyid Əmmar Həkim, Ən-Nəsr koalisiyasının rəhbəri Heydər əl-İbadi, Təhalif əl-Qəvi koalisiyasının rəhbəri Saleh əl-Mətəllək və İraqın başqa siyasi rəhbərlərindən bir qrupu Bağdadın mərkəzində Babil ötelində bir araya gəliblər ki, əksəriyyətin iştirak etdiyi fraksiyanın təşkilini elan etsinlər. Lakin bu iclas bir bəyanatla və bu fraksiyanın təşkil olunmasını elan etmədən sona çatıb. 

Bu bəyanatda bildirilib: İclas iştirakçıları daha böyük fraksiyanın təşkili üzərində razılığa gəliblər. Həmçinin vətəndaş hüququ, ədalət və konstruktivliyin gerçəkləşməsi üçün böyük və güclü hökumət olaraq yeni hökumətin proqram üzərində razılığın əldə olunduğu bildirilib və başqa koalisiyalardan bu proqrama qoşulması istənilib. 

Kütləvi İnformasiya Vasitələri də bildiriblər: Bu iclas əl-Vətəniyyə koalisiyasının rəhbəri Əyad Əlavi və bir neçə partiyanın nümayəndəsi iştirak etməyib. Onlar əsasən öz aralarında Ərbildə koalisiya təşkil etmək üçün bir araya gəliblər. 

İraq parlamentində mandatların sayı 329 nəfərdir və daha böyük fraksiyanın təşkil olunması üçün yarıdan çoxun üzv olduğu koalisiya yaranmalıdır. 

Qanun Hökuməti koalisiyasının rəhbəri Nuri əl-Malikinin ofisinin rəhbəri də Twitterdə yazıb: Beş siyasi koalisiya arasında təmaslar vardır. Bazar ertəsi gününə qədər ən böyük fraksiya bu dəfə əl-Maliki və Hadi əl-Amirinin mehvərliyi ilə təşkil olunacaq. 

12 may 2018 tarixində İraq parlamentinin 4-cü seçkiləri keçirildi. Səsvermədə fəallıq 44,5% oldu. Saeron 54 mandat, əl-Fəth 48 mandat, Ən-Nəsr 42 mandatla 1-3-cü yerləri tutdular. 

Teqlər