Avq 22, 2018 08:08 Asia/Baku
  • Suveydada 105 İŞİD-çi öldürülüb
    Suveydada 105 İŞİD-çi öldürülüb

Londonda yarləşən Suriyanın insan haqları gözətçiləri adlı mərkəz dünən Suveyda vilayətində İŞİD terrorçularından 105 nəfərin öldürülməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Suriya insan haqları gözətçiləri mərkəzi bildirib ki, terrorçular Badiyə bölgəsinin Suriya ordusu tərəfindən təmizlənilməsi əməliyyatında məhv ediliblər. 

Suriya  ordusu dünən Badiyyə bölgəsində öz mövqelərini möhkəmləndirərək İŞİD terrorçularının qalıqlarını mühasirəyə alıb. 

Suveyda vilayəti Suriyanın ən cənub nöqtəsində İordaniya sərhədlərində yerləşir. 

Suriya ordusu son həftələr ərzində ölkənin cənub bölgələrinin terrorçulardan azad edilməsi üçün geniş əməliyyatlara başlayıb və indiyədək bu bölgələrin 95 faizini terrorçulardan təmizləyib. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqlərinin regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə himayə etdikləri terrorçuların Suriyaya geniş hücumu ilə başladı.