Yəmənlilər 5 səudiyyə hərbçisini öldürüblər
-
Yəmənlilər 5 səudiyyə hərbçisini öldürüblər
Yəmən ordusu və xalq komitələri bu gün səhər Yəmən ilə Səudiyyə Ərəbistanı sərhəd məntəqələrində 5 təcavüzkar səudiyyəli hərbçinin öldürülməsindən xəbər veriblər.
İRNA-nın verdiyi məlumata görə, Əl-Məsirə telekanalı bildirib ki, Yəmən hərbi mənbələrinə görə, Yəmən ordusu və xalq komitələri son saatlar ərzində müxtəlif istiqamətlərdə 81 əməliyyat həyata keçiriblər.
Bu məlumata görə, son 48 saat ərzində Nehm, Marib, Təəz və Əccof əməliyyat istiqamətlərində ən azı 76 Səudiyyə muzdlusu öldürülüb.
Mediyalar bildiriblər ki, son iki gün ərzində yəmənli qüvvələrlə Səudiyyə muzdluları arasında Əl-Hədidədə gedən döyüşlərdə də 140 muzdlu öldürülüb, 236 nəfər yaralanıb və muzdluların 15 hərbi texnikası məhv edilib.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.