Əmmar Həkim ABŞ-ı siyasətini dəyişməyə çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320510-Əmmar_həkim_abŞ_ı_siyasətini_dəyişməyə_çağırıb
İraqın Hikmət cərəyanının sədri Bağdadda qurban bayramı namazı xütbələrində ABŞ dövlətini İrana qarşı siyasətlərinə yenidən baxmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2018 11:21 Asia/Baku
  • Əmmar Həkim ABŞ-ı siyasətini dəyişməyə çağırıb
    Əmmar Həkim ABŞ-ı siyasətini dəyişməyə çağırıb

İraqın Hikmət cərəyanının sədri Bağdadda qurban bayramı namazı xütbələrində ABŞ dövlətini İrana qarşı siyasətlərinə yenidən baxmağa çağırıb.

İRİB-in verdiyi məlumata görə, Əmmar Həkim sanksiya və təhdid siyasətinin Orta şərqdə müharibə və dağıntılara gətirib çıxartdığını xatırladaraq deyib: İran İslam Respublikası Amerika ilə qarşılaşma nəticəsində problemlərə düçar olarsa İraqın bu problemlərdən təsirsiz ötüşməsini təsəvvür etmək çətin olacaq. 

İraqın Hikmət Cərəyanının sədri iraqlı və iranlıların mədəniyyəti və iki ölkənin coğrafi mövqeyinin eyni olduğunu bildirərək deyib: Biz xalqlara qarşı zalım sanksiyaları rədd edirik və İraqın mənafeyinə təhlükə yaradılmasına imkan verməyəcəyik. 

İraqda siyasi qruplar son həftələrdə ayrı-ayrılıqda bəyanatlarda Amerikanın anti-İran hərəkətlərinə etiraz edərək İraq xalqının İran xalqına dəstəyini vurğulayırlar. 

ABŞ prezidenti Donald Tramp cari il mayın 8-də nüvə sazişindən birtərəfli qaydada çıxdı və İrana qarşı sanksiyaların bərpa edilməsini bildirdi. 

Avqust ayından ABŞ-ın İrana qarşı sanksyalarının ilk mərhələsinə start verilib.