Suriya müharibəsində 86 terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320596-suriya_müharibəsində_86_terrorçu_öldürülüb
Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin Suriyadakı hərbi əməliyyatlarına dair hesabatda bildirib ki, Rusiyanın Suriyada anti-terror əməliyyatları nəticəsində 86 min terrorçu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2018 05:47 Asia/Baku
  • Suriya müharibəsində 86 terrorçu öldürülüb
    Suriya müharibəsində 86 terrorçu öldürülüb

Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin Suriyadakı hərbi əməliyyatlarına dair hesabatda bildirib ki, Rusiyanın Suriyada anti-terror əməliyyatları nəticəsində 86 min terrorçu öldürülüb.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bir video yayaraq bu ölkənin Suriyadakı anti-terror əməliyyatlarını şərh edərək bildirib: 2015-ci il 30 sentyabrdan bəri Rusiyanın aeronavtika qüvvələri və dəniz donanmasının Suriyadakı anti-terror əməliyyatlarında 86 mindən çox terrorçu öldürülüb. 

Bu məlumata görə, öldürülənlərdən 4 min 500 nəfəri Rusiya və digər MDB ölkələri  vətəndaşı olub.

Rusiya MN-nin bildirdiyinə görə, Rusiyaın Suriyadakı anti-terror əməliyyatlarında 600-dən çox tank, 700 zirehli texnika və 9 min ağır texnika məhv edilib.

Rusiyanın hərbi qüvvələri həmçinin silah-sursat anbarları və təlim düşərgələri də daxil terrorçuların 120 mərkəzini dağıdıb. 

Rusiyanın Müdafiə Nazirliyi yaydığı videoda xatırladıb ki, Suriyada anti-terror əməliyyatlarına 86 hərbi gəmi və 14 sualtı gəmi qatılıb və Suriya sahillərində 189 missiyanı yerinə yetiriblər. 

2015-ci il sentyabrdan Suriyada anti-terror əməliyyatlarda fəaliyyət göstərən Rusiyanın hərbi qüvvələrinin böyük hissəsi ötən qışda Rusiya prezidenti Vladimir Putinin əmri ilə Suriya torpaqlarını tərk etdi. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı və ABŞ-ın regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə himayə etdikləri terrorçu qrupların geniş hücumu ilə başlandı.