Avq 23, 2018 10:39 Asia/Baku
  • Yəmənlilər təcavüzkarların mövqelərini ələ keçiriblər
    Yəmənlilər təcavüzkarların mövqelərini ələ keçiriblər

İnformasiya qaynaqları yəmənli qüvvələrin Yəmənin qərb sahilində Səudiyyə təcavüzkarlarının mövqelərini tam ələ keçirdiklərini bildiriblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, bəzi xəbər qaynaqları həmçinin Yəmən ordusu və xalq komitələrinin Əl-Hədidə vilayətinin Hays sahil şəhərinin cənub və şərqində Səudiyyə muzdlularının mövqelərinə hücum etdiklərini bildiriblər. 

Bu məlumata görə, hücumda bir neçə muzdlu öldürülüb. 

Əl-Hədidə limanı Yəmənə humanitar yardımların çatdırılmasının əsas marşrutudur. Səudiyyə Ərəbistanı Amerika və Birləşmiş Ərəb Əmirlikləri eləcə də bir neçə başqa ölkənin himayəsi ilə 2015-ci il mart ayında Yəməni quru, hava və dənizdən mühasirəyə alıb və bu ölkəyə qarşı geniş hərbi hücuma başlayıb. Bu hücumlar nəticəsində indiyədək 14 min yəmənli ölüb, on minlərlə yəmənli yaralanıb və milyonlarla insan didərgin düşüb. 

Teqlər