Ryabkov: İranın Suriyada iştirakı qanunidir
Avq 24, 2018 05:35 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton və Rusiya milli təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin Cenevrə görüşündən sonra deyib ki, İranın Suriyada iştirakı qanunidir.
Sergey Ryabkov qeyd edib ki, İran Suriya dövlətinin xahişi ilə bu ölkədə iştirak edir.
Ryabkov bu sözləri Con Boltonun Nikolay Patruşev ilə birgə mətbuat konfransında dediyi cəfəngiyyatlardan sonra dünən söyləyibdir.
Bolton həmin mətbuat konfransında amerikalı qüvvələrin Suriyadakı qanunsuz iştiraklarına toxunmadan vurğulayıb ki, Vaşinqton iranlı qüvvələrin Suriyadan çıxmalarını istəyir.
Moskva bundan öncə də dəfələrlə vurğulamışdı ki, İranın Suriyada iştirakı qanuni olaraq, Suriya dövlətinin xahişi ilə həyata keçir.