BVF Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi
Beynəlxalq Valyuta Fondu dünən bir hesabat yayaraq, Səudiyyə Ərəbistanına bu ölkənin maliyyə xərclərinin artmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.
İRNA-nın verdiyi məlumata görə, BVF öz hesabatında deyib: Neftin qiymətinin qəfildən düşəcəyi təqdirdə xərclərin artması Səudiyyə Ərəbistanının büdcəsində problem yaradacaq.
Hesabatda neftin qiymətinə uyğun şəkildə xərclərdə sabitliyin əhəmiyyəti eləcə də iqtisadi fəaliyyətlərdə böhran yaradan maliyyə siyasətlərindən çəkinməyin vacibliyi vurğulanıb.
Yəmən müharibəsi Səudiyyə Ərəbistanının xərclərinin kəskin artmasına səbəb olub, ekspertlərə görə ən nikbin proqnozda müharibənin hər günü Ərrəyad üçün 200 milyon dollar xərclə nəticələnir.
Səudiyyə Ərəbistanı Amerika və Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə, 2015-ci il mart ayından Yəmənə qarşə hərbi təcavüzə əl atıb və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanının büdcə kəsri son 4 ildə 260 milyard dollara çatıb.
Səudiyyə Ərəbistanı cümə axşamı da bu ölkənin milli neft şirkəti ARAMKO-nun səhmlərinin birjada təqdimini dayandırdı.
Faynenşıl Tayms qəzetinin internet portalı yazıb: ARAMKO şirkətinin pay satışını birjada dayandırmasından sonra Səudiyyə Ərəbistanının krallıq fondu(mərkəzi bankı) beynəlxalq banklardan 11 milyard dollarlıq kredit almaq ardıncadır.