Səud qırıcıları Sənanı bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320971-səud_qırıcıları_sənanı_bombalayıblar
Səudiyyə rejiminin qırıcıları bu gün səhər tezdən on dəfə Yəmənin paytaxtı Sənanı bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2018 05:17 Asia/Baku
  • Səud qırıcıları Sənanı bombalayıblar

Səudiyyə rejiminin qırıcıları bu gün səhər tezdən on dəfə Yəmənin paytaxtı Sənanı bombalayıblar.

Təcavüzkar səud qırıcıları Səna beynəlxalq hava limanını, həmçinin Sənanın şimalında yerləşən Əldiyləmi hava bazasını hədəfə alıblar.

Bəzi informasiya mənbələri Sənada bir neçə partlayış səsinin eşidilməsindən xəbər veriblər.

Səudiyyə rejimi qırıcılarının Yəmən paytaxtının üzərində uçmaları davam etməkdədir.

Hələ bu hücumların törətdikləri ehtimal olunan xəsarət və tələfat barədə bir məlumat yayılmayıbdır.