Suriyada amerikan koalisiyanın yeni cinayəti
Avq 28, 2018 05:44 Asia/Baku
ABŞ-ın başçılıq etdiyi sözdə beynəlxalq anti-İŞİD koalisiyasının qırıcıları dünən gecə Suriyanın Diyrəzzur şəhərinin cənub-şərq ətrafındakı Əlşəəfə qəsəbəsini bombalayıblar.
Bu bombardmanda birisi uşaq olmaqla iki mülki ölüb, 4 uşaq və bir qadın da yaralanıbdır.
Avqustun 6-da da amerikan koalisiyanın qırıcıları Diyrəzzurda suriyalı mülkiləri qanlarına qəltan etmişdilər.
Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.