Dubay hava limanı Yəmən PUA-sı tərəfindən hədəfə alınıb
Yəmən ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsi, əmirliklərin Dubay hava limanını "Səmad-3" pilotsuzu ilə hədəfə alıb.
Yəmən ordusu sözçüsünün müavini Üzeyir Raşid Sputnik xəbər agentliyi ilə müsahibədə deyib: Bu gün əmirliklərdə, xüsusən Dubay hava limanında keçirilən xüsusi əməliyyat Ərəbistanın Aramko şirkətinə qarşı hücumdan sonra digər bir xəbərdarlıq mənasındadır.
Yəmən ordusu iyun ayında özünün uzaqmənzilli pilotsuz uçan aparatlarından istifadə edərək, Ərəbistanın Aramko neft şirkətini hədəfə ala bildi ki, bu neftayırma zavodu səudların etiraflarına görə, yanğına düçar oldu.
Üzeyir Raşid səud koalisiyası təcavüzkarlarına xəbərdarlıq edərək, əlavə edib: Yəməndə müharibənin uzanması ilə Yəmənin ballistik və PUA qüdrəti inkişaf edəcək və yəmənli qüvvələr özlərinin iqtisadi və hərbi hədəflərinə nail olacaqlar.