Yəmən ordusu Səudiyyə bazalarını ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321079-yəmən_ordusu_səudiyyə_bazalarını_ələ_keçirib
Yəmən ordusu və xalq komitələri dünən Səudiyyə Ərəbistanının cənubunda Ceyzanda Əttəval bölgəsində Səudiyyə hərbçilərinin iki hərbi qərargahını ələ keçiriblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 29, 2018 04:53 Asia/Baku
  • Yəmən ordusu Səudiyyə bazalarını ələ keçirib
    Yəmən ordusu Səudiyyə bazalarını ələ keçirib

Yəmən ordusu və xalq komitələri dünən Səudiyyə Ərəbistanının cənubunda Ceyzanda Əttəval bölgəsində Səudiyyə hərbçilərinin iki hərbi qərargahını ələ keçiriblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu əməliyyatda bir neçə Səudiyyə muzdlusu öldürülüb və yaralanıb. 

Yəmən ordusu və xalq komitələri bu ölkənin hərtərəfli mühasirədə saxlanılmasına rəğmən gün-gündən güclənir. 

Ərəbistan əmirliklər, ABŞ və sionist rejimin, eləcə də bəzi digər müttəfiqlərinin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.

Bu təcavüzlər nəticəsində Yəmən ərzaq malları və dərman çatışmazlığı ilə üz-üzədir və bu ölkədə müxtəlif xəstəliklər yayılıb.  

Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.