Səudiyyə Ərəbistanı araşdırmalarında sadiq deyil
-
Səudiyyə Ərəbistanı araşdırmalarında sadiq deyil
İnsan haqları gözətçiləri təşkilatının Orta şərq və Şimali Afrika üzrə bölməsinin rəhbəri Səudiyyə koalissiyasının Yəməndə törədilən cinayətlər barədə araşdırmalarda sadiq olmadığını bildirib.
Kristian Bakerli Əl-Məyadinə verdiyi müshibədə deyib:İnsan haqları gözətçiləri təşkilatının hesabatı sübut edir ki, Səudiyyə Ərəbistanının Yəməndə baş verən cinayətlər barədə araşdırmaları sədaqətli deyil.
O deyib: Cümə günü bu təşkilat bir hesabat təqdim edib və orada Səudiyyə koalissiyasının Yəmənə qarşı qeyri-qanuni hücumlar barədəki araşdırmalarda sədaqətli olmadığı qeyd olunub. Bu hesabat həmçinin koalissiyanın heç bir tədbir həyata keçirmədiyini halbuki cinayətkarları cəzalandırmaq istiqamətində addım atmalı olduğu bildirilir.
İnsan haqları gözətçiləri təşkilatının hesabatı BMT missiyasının davam etməsinin vacibliyini vurğulayır və Yəməndə həyata keçən səylərin kifayət etmədiyinə diqqət çəkir.