Ramullahda fələstinlilər müqaviməti davam etdirirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321091-ramullahda_fələstinlilər_müqaviməti_davam_etdirirlər
Sionist işğalçılar fələstinlilərin torpaqlarını qəsb edir tam zorakılıqla bu ərazilərin həqiqi sahiblərini öz ata-baba torpaqlarından məhrum edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 12:21 Asia/Baku
  • Ramullahda fələstinlilər müqaviməti davam etdirirlər
    Ramullahda fələstinlilər müqaviməti davam etdirirlər

Sionist işğalçılar fələstinlilərin torpaqlarını qəsb edir tam zorakılıqla bu ərazilərin həqiqi sahiblərini öz ata-baba torpaqlarından məhrum edirlər.

Ramullahdakı fələstinlilər sionist rejim ordusunun buldozerləri qarşısında öz torpaqların müdafiə edirlər. İşğalçı hərbçilər yaşayış binalarını dağıtmaqvə fələstinlilərin torpaqlarını qəsb etmək əməliyyatının davamında sionist qəsəbələrin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə İordan çayının qərb sahilində Rəs Kərkər kəndinə hücum edərək çoxlu sayda fələstinlinin yaşadığı bir binanı dağıdıb, 5 fələstinlini yaralayıb və 3 fələstinlini də həbs ediblər. İşğalçı sionistlər Fələstinin Vəfa televiziyasının operatorunu döyərək həbs ediblər. 

Ramullah sakini deyir: Onlar torpaqlarımızı qəsb etmək istəyirlər amma buna qadir olmayacaqlar ona görə ki, biz son nəfəsimizədək torpaqlarımızı müdafiə edəcəyik. 

Sionist hərbçilər dəyənək və gözyaşardıcı qazdan istifadə edərək etiraz edən fələstinlilər və müxbirlərə hücum edir onları kobud şəkildə döyürlər. İşğalçılar sonra fələstinliləri güc tətbiq edərək öz torpaqlarından qovurlar ki, sionistlər həmin torpaqlara yiyələnə və orada qəsəbə sala bilsinlər. 

Ramullah sakini: Nəqədər ki, həyatdayıq işğalçılar və qəsəbə sakinləri torpaqlarımızı ala bilməyəcəklər Allahın köməkliyi ilə burada qalacağıq, bura fələstinlilərin yurdudur və sionistlərin burdada heç bir haqqı yoxdur. 

Sionist rejim bəzi ərəb ölkələri və regionun bərbad vəziyyətindən su-istifadə edərək İordan çayının qərb sahilində fələstinlilərin qalan torpaqlarını da müsadirə və qəsb etməyi planlaşdırırlar. Beynəlxalq ictimaiyyət isə sionist rejimin bu təcavüzləri qarşısında fələstinliləri dəstəkləmir.