Fələstinlilər aksiya keçirdilər
-
Fələstinlilər aksiya keçirdilər
Bu gün fələstinli şəhidlərin ailələri İordan çayının qərb sahilində Ramullah şəhərində fələstinli şəhidlərin cənazələrinin geri alınması üzrə milli fəaliyyətlər çərçivəsində etiraz aksiyası keçirib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, fələstinli şəhidlərin cənazələrinin geri alınması üzrə kampaniyanın koordinatoru Səluy Həmad deyib: Qüdsü işğal edən rejim 2015-ci ildən indiyədək 24 fələstinli şəhidin cənazəsini dondurub.
Həmad nömrəli qəbiristanlarda dəfn edilmiş fələstinli şəhidlərin cənazələrinin sayının 253-ə çatdığını bildirərək bu cənazələrin geri alınması üçün səylərin artırılmasına çağırıb.
Sionist rejim "Əl-Ərqam qəbiristanlıqları" adı altında qəbiristanlıqlar yaradıb və burada qəbir daşları üzərində sadəcə nömrələr yazılıb.
Sionist rejim fələstinli şəhidlərin cənazələrini dondurmaqla fələstin müqavimət qüvvələrinə Qəzzə zolağında saxlanılan sionist hərbçilərdən ibarət əsirlərin azad edilməsi üçün təzyiq vasitəsi kimi istifadə edir.