Suriya ordusunun Həmahdakı irəliləyişi davam edir
Suriya ordusu Həmah ətrafında Cibhətunnusrə terrorçuları və digər terror qruplarının gizləndikləri məkanların daha bir neçəsini məhv ediblər.
Suriyanın ordu qüvvələri şimal-şərq mehvərindən bu ölkənin cənubunda yerləşən Suvəydanın şərq ətrafındakı Əlsəfa təpələrində Qərb mehvərinin qüvvələrinə çatıblar.
Suriyalı qüvvələrin əməliyyatında pulemyotla təchiz olunmuş bir neçə avtomobil, eləcə də terrorçuların motosikletlərindən bir neçəsi məhv edilibdir.
Digər bir xəbərə görə, Cibhətunnusrə-nin və onunla bağlı terror qruplarının Həmah-ın şimal ətrafındakı Səhl Əlğab məntəqəsində yerləşən mövqe və fəaliyyətləri atəşə tutulub və nəticədə bir qrup terrorçu məhv olubdur.
Suriya dövlətinə yaxın bir mənbə də Röyters agentliyi ilə müsahibədə deyibdir ki, bu ölkənin ordusu özünü İdlibi və Suriyanın şimal-qərbində yerləşən ətraf məntəqələri hədəfə almağa hazırlayır.
Onun sözlərinə görə, İdlib hücumu barədə Rusiya, Türkiyə və İran arasındakı müzakirələr davam etməkdədir.
Suriya prezidenti Bəşşar Əsəd Rusiyanın köməyi ilə müxaliflər üzərində geniş qələbələrdən və onları digər məntəqələrdən çıxardıqdan sonra hazırda Hələbdən Suriyada ən mühüm şose yollarından olan Həmaha və Laziqiyyəyə gedən iki kəsmə yolunu geri almaq ardıncadır.