Avq 31, 2018 18:54 Asia/Baku
  • İraqın Əlnəsr koalisiyasının rəhbərləri Falih Əlfəyyazı baş nazirliiyə namizəd ediblər
    İraqın Əlnəsr koalisiyasının rəhbərləri Falih Əlfəyyazı baş nazirliiyə namizəd ediblər

İraqın Əlnəsr koalisiyasının rəhbərlərindən bir qrupu bu gün bir bəyanat yayaraq, Əlhəşduşşəbi-nin kənarlaşdırılmış rəisi Falih Əlfəyyazı İraqın baş naziri postuna namizəd irəli sürübdür.

Heydər Əlibadinin rəhbərlik etdiyi Əlnəsr koalisiyasının başçıları bu bəyanatda Falih Əlfəyyazın vətəndaşların tələblərinin reallaşması istiqamətində dövlət proqramlarının icrasındakı bacarıqlarından əminlik ifadə edərək, eləcə də onun geniş milli reytinqini nəzərə alaraq, Əlfəyyazı Heydər Əlibadinin yerinə baş nazirlik postuna namizəd irəli sürüblər.
Bu bəyanat İraqın baş naziri və silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadinin Əlfəyyazı milli təhlükəsizlik müşaviri, Əlhəşduşşəbi və təhlükəsizlik aparatının rəisliyindən kənarlaşdırılmaq barədə göstəriş verməsindən bir neçə saat sonra verilibdir.

Əlibadi dünən gecənin axır vaxtlarında göstəriş verərək bildirdi: Falih Əlfəyyaz siyasi və partiya fəaliyyətinə daxil olduğuna və bu məsələnin təhlükəsizlik və kəşfiyyat məsulliyyətlərinin mahiyyəti ilə uyuşmadığına görə öz vəzifələrindən kənarlaşdırılıbdır.

Bu qərarın tənqidçiləri, o cümlədən Hadi Əlamirinin başçılıq etdiyi Əlfəth koalisiyası İraqın bu yüksək vəzifəli təhlükəsizlik rəsmisinin kənarlaşdırılmasını siyasi və ölkənin sabitliyi və təhlükəsizliyini xətərə salan amil adlandırıblar.

Teqlər