"Qayıdış haqqı" aksiyasında 240 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321360-qayıdış_haqqı_aksiyasında_240_fələstinli_yaralanıb
Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının 23-cü cüməsində sionist hərbçilərin atəşləri nəticəsində 240 fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 05:20 Asia/Baku
  • "Qayıdış haqqı" aksiyasında 240 fələstinli yaralanıb

Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının 23-cü cüməsində sionist hərbçilərin atəşləri nəticəsində 240 fələstinli yaralanıb.

"Aksiyamız davam edir" adı altında Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının 23-cü cüməsi dünən elə bir halda keçirilibdir ki, sionist rejim hərbçiləri fələstinlilərə tərəf atəş açıblar.

Fələstin səhiyyə nazirliyi dünənki aksiyada yaralananların sayını 240 nəfər elan edib. Yaralılar arasında bir yardımçı qüvvə, bir on yaşlı uşaq var. Onların hər ikisinin vəziyyəti ağırdır. Yaralılardan üç nəfər də jurnalistdir. 

Fələstinli qrupların liderlərindən bir qismi, o sıradan Həmas təşkilatından olan Fələstin parlamentinin üzvü Əhməd Bəhr də bu aksiyada iştirak edibdir.

Martın 30-dan Qəzzə zolağında "Qayıdış haqqı" aksiyasının başlanmasından bəri 180-dən çox fələstinli şəhid olub, azı 19 min nəfər də yaralanıbdır.