Əl-Nəsr Əlfəyyazın İraq baş nazirliyinə namizədliyini təkzib edib
-
Əl-Nəsr Əlfəyyazın İraq baş nazirliyinə namizədliyini təkzib edib
İraqda Əl-Nəsr blokunun media ofisi bir bəyanatda bu blokun Həşduşşəbi-nin kənarlaşdırılmış sədri Falih Əlfəyyazın baş nazirliyə namizəd irəli sürülməsi təklifini təkzib edibdir.
Bundan öncə bildirilmişdi ki, Falih Əlfəyyazın İraqın baş nazirinin göstərişi ilə Həşduşşəbi-nin sədrliyindən kənarlaşdırılmasından sonra Əl-Nəsr bloku onu bu blokun İraqın baş naziri vəzifəsinə namizədi irəli sürübdür.
Heydər Əlibadi göstəriş verərək bildirmişdi: Falih Əlfəyyaz siyasi və partiya fəaliyyətinə daxil olduğuna və bu məsələnin təhlükəsizlik və kəşfiyyat məsulliyyətlərinin mahiyyəti ilə uyuşmadığına görə öz vəzifələrindən kənarlaşdırılıb.
Bu qərarın tənqidçiləri, o cümlədən Hadi Əlamirinin başçılıq etdiyi Əlfəth koalisiyası İraqın bu yüksək vəzifəli təhlükəsizlik rəsmisinin kənarlaşdırılmasını siyasi və ölkənin sabitliyi və təhlükəsizliyini xətərə salan amil adlandırıblar.