Vəlid Muəllim: Var gücümüzlə Amerikanın ehtimal olunan hücumuna cavab verəcəyik
Suriyanın xarici işlər naziri deyib: Vaşinqtonun Suriya qarşısında atdığı addım qanunsuz və BMT TŞ çərçivəsindən kənardır və Dəməşq var gücü ilə Amerikanın ehtimal olunan hücumuna cavab verəcək.
ABŞ, İngiltərə və Fransa avqustun 22-də birgə bəyanatda bir daha Suriyanı kimyəvi silahdan istifadədə ittiham edərək, xəbərdarlıq etdilər ki, iddia olunan kimyəvi hücumların təkrarlanacağı halda Dəməşqə cavab verəcəklər. Bu üç ölkə 2018-ci il avqustun 14-də də Dəməşqin kimyəvi silahdan istifadə etməsi kimi puç bəhanə ilə Suriyaya hücum etdi.
Suriyanın xarici işlər naziri Vəlid Muəllim əlavə edib: Qərb ABŞ-ın başçılığı altında terrorçularla mübarizəyə mane olmağa çalışaraq, Cibhətunnusrə-yə dəstəyi davam etdirir.
Suriyanın xarici işlər naziri Türkiyə ilə əlaqələr barədə isə belə deyib: Biz Türkiyə ilə qarşıdurmanı gözləmirik, amma Türkiyə bunu dərk etməlidir ki, İdlib bir Suriya vilayətidir və bu ölkəyə aiddir.
İdlib vilayəti terrorçuların işğalında qalmaqda davam edir və Suriya ordusu özünü bu məntəqəni terrorçulardan, o sıradan İŞİD və Cibhətunnusrə terrorçularından təmizləməyə hazırlayır.