Bağdadda 4 tərəfli iclas keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321452-bağdadda_4_tərəfli_iclas_keçirilib
İran, Rusiya, İraq və Suriya arasında dörd tərəfli təhlükəsilzik komitəsinin iclası dünən Bağdadda İraqın Müdafiə Nazirliyi binasında 4 ölkənin ordu qərargahlarının rəis müavinlərinin iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2018 04:55 Asia/Baku
  • Bağdadda 4 tərəfli iclas keçirilib
    Bağdadda 4 tərəfli iclas keçirilib

İran, Rusiya, İraq və Suriya arasında dörd tərəfli təhlükəsilzik komitəsinin iclası dünən Bağdadda İraqın Müdafiə Nazirliyi binasında 4 ölkənin ordu qərargahlarının rəis müavinlərinin iştirakı ilə keçirilib.

İRNA-nın verdiyi məlumata görə, ilk dəfə yüksək səviyyəli hərbi rəsmilərin iştirakı ilə keçirilən bu iclasda xüsusiylə Suriyada terrorizm ilə mübarizənin son yolları araşdırılıb. 

Komitə üzvləri son illərdə təhlükəsizlik əməkdaşlıqları və informasiya mübadiləsi yolu ilə İraq ilə Suriya sərhədlərində terrorçuların fəaliyyətlərini müəyyənləşdirərək onların mövqelərini məhv edə, yüzlərlə terrçunu öldürə biliblər və İŞİD-in bir daha Suriya və İraqa nüfuzuna mane olublar. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini General Mayor Qədir Nizamupur bu iclasın kənarında müxbirlərə deyib: Bu əməkdaşlıqlar terrorizm ilə mübarizədə təcrübə və informasiya mübadiləsi baxımından böyük təsirə malik ola bilər. 

İİR , Rusiya, Suriya və İraq 2015-ci ildən bəri terrorizm ilə mübarizə üçün 4 tərəfli koalissiya təşkil ediblər.