Sen 03, 2018 13:26 Asia/Baku
  • Sionistlər Qəzzə sahillərinə doğru altıncı dəniz yürüşünə hücum ediblər
    Sionistlər Qəzzə sahillərinə doğru altıncı dəniz yürüşünə hücum ediblər

Mühasirədə olan Qəzzə zolağının simal sərhədlərinə doğru altıncı yürüşün başlanmasının ardınca İsrail ordusu bu yürüşdə iştirak edən qayıqları atəşə tutub.

İndiyə kimi Qəzzənin mühasirəsini yarmaq üçün 5 dəniz yürüşü həyata keçirilib və hər dəfə bu yürüşlər İsrail ordusunun hücumuna məruz qalıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, fələstinli tələbələr, aktivistlər və yaralıları daşıyan onlarla qayıq Qəzzənin mühasirəsini yarmaq üçün Qəzzənin Səyyadin limanından Qəzzənin şimal sərhədlərinə doğru hərəkət edib. Amma, işğalçı İsrail ordusunun atəş açması nəticəsində bir fələstinli yaralanıb.

Qəzzənin Mühasirəsinin Yarılması Ali Komitəsi isə bildirib: Qayıdış haqqı yürüşləri Qəzzənin mühasirəsinin yarılacağı zamana kimi davam edəcək.

Fələstinin Demokratik Cəbhəsinin rəhbər üzvlərindən olan Təlal Əbu Zərifə də İsrail ordusuna Qayıdış Haqqı yürüşündə iştirak edənlərə xəsarətin yetirilməsi barədə xəbərdarlıq edərək, Qəzzənin mühasirəsinin yarılmasına təkid edib.

Fələstin xalqı 30 mart "Torpaq Günü"ndən etibarən "Qayıdış haqqı" adlı yürüşlərə başlayıb. Bu müddət ərzində İsrail rejimi yüzlərlə fələstinlini şəhid edib və ya yaralayıb.

Teqlər