Sen 03, 2018 13:38 Asia/Baku
  • Suriya ordusu İŞİD-in
    Suriya ordusu İŞİD-in "Suveyda" səhrasındakı son bazasını da ələ keçirdi

Suriya mənbələrinin verdikləri məlumata görə, Suriya ordusu ötən bir neçə saat ərzində İŞİD terrorçularının Suveyda səhrasında, Təlül-Səfa məntəqəsindəki sonuncu bazasına dəqiq zərbələr endirərək, onlarla terrorçunu məhv edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu həmçinin, Təlül-Səfa məntəqəsinin şimal-qərbində yerləşən Hatil bəndinə nüfuz etməyə çalışan terrorçuların cəhdini nakam qoyub.

Suriya ordusu 9 avqustdan başlayaraq, Suveyda səhrasında İŞİD terror qruplaşmasının son sığınacaqlarına qarşı hərbi əməliyyatlar həyata keçirir.

Digər tərəfdən Əsvəd Əş-Şərqiyə terror qruplaşmasının üzvləri Hums vilayətində yerləşən Tədmur məntəqəsinə hücumu Suriya ordusunun cavab zərbəsi ilə nakam qalıb. Bu əməliyyatda 2 terrorçu öldürülüb, daha iki terrorçu da həbs olunub.

Həbs olunan terrorçular Əsvəd Əş-Şərqiyə terror qruplaşmasının üzvlərinə Amerikalı mütəxəssislər tərəfindən xüsusi təlimlərin keçildiyini etiraf ediblər.

Rusiyanın müdafiə nazirliyi də bir məlumat yayaraq bildirib: ABŞ-ın himayəsi altında olan bu terror qruplaşmasının əsas missiyası Tədmur şəhərində terror aktlarının törədilməsi və 300 nəfərlik bir terror qruplaşmasının bu tarixi şəhəri ələ keçirmək üçün Tədmura daxil olmasına şəriat yaratmaqdır.

ABŞ və müttəfiqləri 2014-cü ildən başlayaraq, İŞİD terror qruplaşması ilə mübarizə aparmaq adı altında BMT-nin icazəsi olmadan və Suriyanın mərkəzi  hökuməti ilə ahəngdarlıq yaratmadan bir koalisiya təşkil edərək, İraq və Suriyada sivil əhali və ordu qüvvələrinə qarşı hücumlar həyata keçirir.

Teqlər