Həqqani terror qrupunun banisi ölüb
Sen 04, 2018 06:36 Asia/Baku
-
Həqqani terror qrupunun banisi ölüb
Əfqanıstanda Taliban qrupu Həqqani terror qrupunun banisi və başçısı Cəlaləddin Həqqaninin öldürülməsindən xəbər verib.
Əlcəzirə telekanalı bu gün təcili bir xəbərdə Taliban qrupu tərəfindən Cəlaləddin Həqqaninin ölüm xəbərini veribdir.
Talibanın tabeliyində olan Həqqani terror qrupunun üzvləri Əfqanıstanın müxtəlif məntəqələrində terror hücumları həyata keçirirlər. Bu qrupun mühüm bazaları Xost, Pəktiya və Pəktika vilayətlərində yerləşir.
Hələlik bu xəbərin təfərrüatları yayılmayıbdır.