Yəmənlilər Ərəbistanın cinayətlərinə cavab verirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321751-yəmənlilər_Ərəbistanın_cinayətlərinə_cavab_verirlər
Cümə axşamı günü Cenevrədə keçiriləcək Yəmən sülhü barədə yığıncaq ərəfəsində Yəmən ali siyasi şurasının sədri bu ölkənin siyasi nümayəndə heyətinin üzvlərini təqdim edib. Səud qırıcıları ötən saatlarda Səna, Səədə və Əlhudəydəni bombalayıblar. Yəmən ordusunun raket bölməsi də Ərəbistanın Aramko neft şirkətinin təsisatlarına bir ədəd ballistik raket atıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2018 16:57 Asia/Baku
  • Yəmənlilər Ərəbistanın cinayətlərinə cavab verirlər
    Yəmənlilər Ərəbistanın cinayətlərinə cavab verirlər

Cümə axşamı günü Cenevrədə keçiriləcək Yəmən sülhü barədə yığıncaq ərəfəsində Yəmən ali siyasi şurasının sədri bu ölkənin siyasi nümayəndə heyətinin üzvlərini təqdim edib. Səud qırıcıları ötən saatlarda Səna, Səədə və Əlhudəydəni bombalayıblar. Yəmən ordusunun raket bölməsi də Ərəbistanın Aramko neft şirkətinin təsisatlarına bir ədəd ballistik raket atıbdır.

Bir daha Ərəbistanın Cizan iqtisadi şəhərində yerləşən Aramko neft şirkətinin təsisatları bu rejimin Yəmən xalqına qarşı cinayətlərinə cavab olaraq, Yəmənin bir ballistik raketinin hədəfinə çevrilibdir. Və onunla bir zamanda Ərəbistan mediaları yəmənli döyüşçülərlə sərhəd döyüşlərində özlərinin beş hərbçinin öldürülməsini etiraf ediblər.

Polkovnik Əziz Raşid- Ordu sözçüsünün canişini: Biz hədəfə almaq üçün səudların həyati mərkəzlərini seçirik. Səud rejimi həm siyasi, həm iqtisadi, həm də maliyyə cəhətdən xəsarət alıb. Ərəbistanda 6 milyondan çox insan yoxsulluq xəttindən aşağı səviyyədə yaşayır. Bizim bu hücumlarımız onların iqtisadiyyatını hədəfə alır.

Yəmənli: Biz təcavüzkarlara unudulmaz bir cavab verəcəyik, yadlarında qalsın ki, Yəmən xalqına zülm etməməlidirlər.

Belə bir halda, səud-amerikan təcavüzkarları Yəmənin yaşayış massivlərinə qarşı hücumu şiddətləndiriblər.

Yəmənli: Amerikanın yəmənli məktəblilərin qırğın edilmələrini əsaslandırmaq üzrə səyi və onun muzdurlarının bu cinayətin əsaslandırılmaz olduğunu etiraf etmələri Amerikanın bu cinayəti gizli saxlamaq üzrə cəhdindən xəbər verir.