Sədə sakinləri Səudiyyə Ərəbistanının cinayətlərinə qarşı aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321775-sədə_sakinləri_səudiyyə_Ərəbistanının_cinayətlərinə_qarşı_aksiya_keçiriblər
Minlərlə yəmənli bu gün bu ölkə uşaqlarının təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən qırğın edilməsinə etiraz əlaməti olaraq Yəmənin şimalında Sədədə geniş aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2018 14:38 Asia/Baku
  • Sədə sakinləri Səudiyyə Ərəbistanının cinayətlərinə qarşı aksiya keçiriblər
    Sədə sakinləri Səudiyyə Ərəbistanının cinayətlərinə qarşı aksiya keçiriblər

Minlərlə yəmənli bu gün bu ölkə uşaqlarının təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən qırğın edilməsinə etiraz əlaməti olaraq Yəmənin şimalında Sədədə geniş aksiya keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Sədə əhalisi Amerika və Səudiyyə Ərəbistanına qarşı şüarlar yazılmış plakatlar daşıyaraq yəmənli uşaqlara qarşı törədilən cinayətləri pisləyiblər. 

Aksiya " Uşaqları qırğın edənlərin məhkəməyə verilməsi bizim dini və insani vəzifəmizdir" adı altında aksiya komitəsinin çağırışından sonra keçirilib. 

Səudiyyə Ərəbistanının hərbi təyyarələri avqustun 9-da Sədə vilayətinin Zəhyan şəhərində uşaqları daşıyan bir avtobusu hədəfə alaraq 50 uşağı qətlə yetirdilər və 77 nəfəri yaraladılar.