Bəsrədə etirazlar davam edir
İraqın cənubunda Bəsrə şəhərində sərt qarşıdurmalarla yadda qalan etiraz aksiyaları 3-cü günə daxil olub və bu günədək bu aksiyalarda 3 nəfər ölüb, 104 nəfər yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, İraqın insan haqları komissiyası bu gün bir bəyanat yayaraq Bəsrədə qarşıdurmaların artmasından nigaran qaldığını bildirib.
Bəsrə vilayətinin insan haqları komitəsinin sədri Mehdi Əttəmimi də deyib: Hökumət Bəsrənin problemlərinin həlli üçün ciddi həl yolu tapmalı və aksiyaçılara qarşı şiddət işlədənləri cəzalandırmalıdır.
İraqın Sədr cərəyanının rəhbəri Müqtəda Sədr isə İraq telekanallarından canlı olaraq yayımlanan nitqində İraq parlamentinin baş nazir Heydər Əl-İbadinin və Bəsrə problemi üçün həll yolunun öyrənilməsi ilə əlaqədar hərhansı müvafiq qurum və orqanların nümayəndələri və nazirlərin iştirakı ilə dərhal iclas keçirməsini istəyib.
İraqın baş naziri Heydər Əl-İbadi isə bu gün Müqtəda Sədrinin çağırışından az sonra Parlamenti iclasa çağırıb və bu iclasda iştirak etməyə hazır olduğunu deyib.
Bəsrə sakinləri işsizlik, kommunal xidmətlərin olmaması, əhalinin ilkin ehtiyaclarının təminində hökumətin aciz qalması kimi durumlara görə bir neçə gündür etiraz akaiyaları keçirirlər.