İmad Xəmis: Suriya tezliklə öz layiqli yerini bərpa edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i321920-İmad_xəmis_suriya_tezliklə_öz_layiqli_yerini_bərpa_edəcək
Suriyanın baş naziri deyib: Suriya region və dünya səviyyəsində əsas oyunçulardan biri kimi öz mövqeyini tezliklə bərpa edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2018 05:59 Asia/Baku
  • İmad Xəmis: Suriya tezliklə öz layiqli yerini bərpa edəcək
    İmad Xəmis: Suriya tezliklə öz layiqli yerini bərpa edəcək

Suriyanın baş naziri deyib: Suriya region və dünya səviyyəsində əsas oyunçulardan biri kimi öz mövqeyini tezliklə bərpa edəcək.

İRNA-nın verdiyi məlumata görə, İmad Xəmis dünən gecə 60-ci Dəməşq beynəlxalq sərginin açılışı mərasimində yeni mərhələdə Suriyanın bərpa əməliyyatını başlamaq qərarından xəbər verərək deyib: Suriya terrorizmə qarşı qələbəni bacardı və həqiqi savaş olan yenidən qurmada da müttəfiqlərinin əməkdaşlığı ilə uğur qazanacaq. 

Xəmis deyib: Terrorizmə qarşı müharibədə Suriya xalqının kənarında duran dost və qardaş ölkələr Suriyadakı investisiya fürsətlərini müəyyənləşdirsinlər. 

60-cı Dəməşq beynəlxalq sərgisi 1700 daxili və xarici şirkətin iştirakı ilə Dəməşqdə öz işinə başlayıb.