Siyasi fəal: Yəmənə qarşı müharibə Bin Salmanın hakimiyyətə gəlməsi üçün idi
Sen 07, 2018 13:02 Asia/Baku
-
Siyasi fəal: Yəmənə qarşı müharibə Bin Salmanın hakimiyyətə gəlməsi üçün idi
Səudiyyə Ərəbistanı kəramət hərəkatının baş katibi Yəmənə qarşı müharibəyə qarşı çıxdığını bildirərək deyib: Məhəmməd Bin Salman Yəməndə böhran yaratmağı özünün hakimiyyətə çatması üçün bir vasitə qərar verdi.
Maan Əl-Cərba bu gün Əl-Məyadin telekanalına deyib: Yəmən xalqı ölkəsinin Səudiyyə Ərəbistanının arxa baxçası olmasına heç vaxt imkan verməyəcək.
Əl-Cərba Səudiyyə Ərəbistanında siyasi sistem barədə referendumun keçirilməsinə çağıraraq deyib: Səudiyyə Ərəbistanını Ali-Səud ölkəsindən Ali-Salman ölkəsinə çevirmə planı həyata keçməkdədir.
Ərəbistan kəramət hərəkatının baş katibi Fələstin barədə deyib: Qüds barədə və Fələstinin yəhudi ölkəsinə çevrilməsi barədə ifratçı hərəkətlərlə razılaşan hər kəs Fələstin xalqına xəyanət etmiş olub.