Səudiyyənin Yəmən heyətinə qarşı hərəkətinə reaksiyalar davam edir
-
Səudiyyənin Yəmən heyətinə qarşı hərəkətinə reaksiyalar davam edir
Yəmənli qruplar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalissiyanın Yəmən Ənsarullahının Cenevrə müzakirələrində iştirakına mane olmasını pisləyiblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən Alimləri Cəmiyyəti bu gün bir bəyanatda Səudiyyə Ərəbistanının bu hərəkətini pisləyərək bu təşəbbüsü Yəmən xalqına qarşı təcavüz və qırğınların davam etməsinin göstəricisi adlandırıb və beynəlxalq ictimaiyyət və BMT-nin Yəmən xalqına qarşı qırğınlarda məsuliyyət daşıdığını bildirib.
Yəmənin İslami Şuraları da Səudiyyə Ərəbistanının Yəmən böhranının siyasi həlli istiqamətindəki maneəçiliklərini pisləyərək bu hərəkətin Yəmən xalqına qarşı cinayətlərin davam etməsi anlamına gəldiyini bildirib.
Yəmən tələbələr cəmiyyəti və Yəmən siyasi partiyalar şurası da bu hərəkəti pisləyiblər.