Sionistlər Nəsrullahın gücünə etiraf ediblər
-
Sionistlər Nəsrullahın gücünə etiraf ediblər
Sionist rejim mediyaları Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullahın qabiliyyətlərinə etiraf ediblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, sionist rejimin məşhur təhlilçilərindən olan Amus Hareil sionist Haarets qəzetində "Nəsrullahın təbliğatları" başlıqlı məqalədə onun Livan hündürlüklərinin azad edilməsinin ildönümündəki bəyanatına toxunub. Nəsrullah sionist hərbçilərin psixoloji sarsıntı durumundan danışmışdı.
Hareil sionist rejimin və onun mediyalarının Hizbullah liderinin 2000-ci il Bent Cəbildəki çıxışından təsir aldığını xatırladaraq yazıb: Bu çıxış sionistlərin acizliyi və çətin durumunu ifşa etdi və müqavimət qüvvələri İsraili geri oturda bildilər.
Sionist rejimin 10-cu telekanalının aparıcısı da Livan hizbullahının baş katibinin zəkalı natiq olduğunu bildirib və onun israil cəmiyyətinin zəif cəhətlərini təhlik etməkdə səhvə yol vermədiyini xatırladıb.
Ərəb məsələləri üzrə ekspert Zəfi Yəhzəkli də deyib: Livan hizbullahının baş katibi vaxtı ilə dilə gətirilməmiş təhlillər verir.
Onun dediyinə görə, israil alimləri öz övladlarını ordunun 8200 bölməsinə göndərmək istəyirlər ki, cəbhələrə getməsinlər amma qələbə və şəhadətə inanan müqavimət rəhbərləri öz övladlarını döyüş cəbhələrinə göndərirlər.