Pakistanın 13-cü prezidenti and içib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322200-pakistanın_13_cü_prezidenti_and_içib
Pakistanın 13-cü prezidenti bu gün bu ölkənin Ali Məkhəməsində and içib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2018 13:13 Asia/Baku
  • Pakistanın 13-cü prezidenti and içib
    Pakistanın 13-cü prezidenti and içib

Pakistanın 13-cü prezidenti bu gün bu ölkənin Ali Məkhəməsində and içib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Pakistanın yeni prezidenti Arif Ərrəhman Ələvinin andiçmə mərasimində Ali Məhkəməsinin sədrindən əlavə baş nazir İmran xan və ölkənin hərbi başçıları da iştirak ediblər. 

Arif Ərrəhman Ələvi Pakistanın prezidenti kimi bu gündən öz işinə başlayıb. 

Arif Ələvi prezident seçkilərində rəqibləri Fəzl Ərrəhman və Etizaz Əhsənə qalib gələrək prezident seçildi. 

Pakistan konstitusiyasına əsasən Ələvi 5 il müddətində bu vəzifədə qala biləcək.