ABŞ Suriyada fosfor bombalardan istifadə edir
-
ABŞ Suriyada fosfor bombalardan istifadə edir
Suriyada Barışıq Rusiya Mərkəzinin sədri ABŞ qırıcılrının Suriyanın şərqində ağ fosfor bombalarından istifadə etdiyini bildirib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə. Suriya Barışıq Rusiya Mərkəzinin sədri general Vladimir Savşenko bazar günü bir bəyanat yayaraq, ABŞ-ın iki ədəd F-15 qırıcısının ağ fosfor bombalarından istifadə edərək, Deyrəzzur məntəqəsini hədəfə aldığını bildirib.
V.Savşenko bu hücumun 8 sentyabrda hücuma məruz qalan məntəqədə güclü yanğına səbəb olduğunu bildirərək, deyib: hadisənin insan tələfatına dair dəqiq məlumat əldə etmək üçün araşdırmalar aparılmalıdır.
ABŞ və müttəfiqləri Suriyada təhlükəsizlik böhranının başlandığı zamandan terrorçuları himayə etmək üçün bu ölkə əleyhinə hücumlar həyata keçirirlər.
Beynəlxalq qanunlara əsasən ağ fosfor bombalarından savaşda istifadə etmək qadağandır.
Ağ fosfor bombaları kütləvi qırğın silahları və kimyəvi silahlar sırasına daxildir.
Ağ fosfor bombaları zəhərli qaza malikdir və bu qaza məruz qalan insanların ağ ciyərlərində ciddi yanıqlara səbəb olur.