Sen 10, 2018 19:09 Asia/Baku
  • Yəmənin qərbində təcavüzkar qüvvələrə ağır zərbə endirilib

Yəmən ordusu və xalq qüvvələri Yəmənin qərbində təcavüzkar qüvvələrə pusqu quraraq, onları minalanmış əraziyə doğru istiqamətləndiriblər. Nəticədə yüzlərlə nəfər ölüb və yaralanıb. Həmçinin, təcavüzkar qüvvələrin onlarla ağır texnikası məhv edilib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri həmçinin, Yəmənin Əl-Hüdəydə vilayətində yerləşən Əd-Dürəyhimi şəhərinin şimalında səudiyyə muzdlularının mövqelərinə qəfil basqın edərək, onlarla nəfəri öldürüb və yaralayıblar. 

Yəmənin Əl-Hüdəydə hava limanının şərqində yerləşən kəndlər də səudiyyə muzdlularından təmizlənib. Bu qüvvələr Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın havadan, dənizdən və qurudan dəstək verməsi ilə bu kəndlərə nüfuz etməyə çalışırdılar. 

Dİgər tərəfdən, Yəmənin yerli mənbələri Ərəbistan hərbçilərini daşıyan 30 hərbi maşının Yəmənin şərqində yerləşən Əl-Məhrə hava limanına daxil olmasından xəbər veriblər. 

Əl-Məhrə Yəmənin ikinci ən iri vilayətidir və artıq bir müddətdir ki, burda da yerli sakinlər Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya ilə mübarizə aparırlar. 

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin yardımı ilə 2015-ci ilin martından Yəmənə qarşı hücumlara başlayıb və bu ölkəni havadan, qurudan və dənizdən mühasirəyə alıb. 

Ərəbistan qırıcıları və müttəfiqləri indiyə kimi Yəməndə on minlərlə insanı qırğın ediblər. Yaralı sayı on minlərlədir. Milyonlarla yəmənli isə öz evindən didərgin düşüb. 

Teqlər