Ərəbistanın təzə yaratdığı hərbi baza yəmənli qüvvələr tərəfindən hədəfə alınıb
-
Ərəbistanın təzə yaratdığı hərbi baza yəmənli qüvvələr tərəfindən hədəfə alınıb
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Ərəbistanın Əsir məntəqəsində yaratdığı yeni hərbi bazanı bir ədəd Bədr-1 ballistik raketi ilə hədəfə alıb.
Yəmənin Əl-Məsirə informasiya kanalının bu raket hücumu haqda əlavə məlumat yaymayıb.
Bədr1 raketləri qısa mənzilli ballistik raketlər kateqoriyasına daxildir. Yəmən ordusu Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının başlatdığı savaşın dördüncü ilində bu raketin təqdimat mərasimini keçirdi.
Yəmən ordusu və Ənsarullah qüvvələri bazar ertəsi günü axşam da Cazan məntəqəsində Ərəbistana bağlı muzdlu qüvvələrin toplaşdıqları məkanı bir ədəd Zilzal-1 raketi ilə hədəfə alıblar.
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam da cari ayın ortalarında bildirmişdi ki, Yəmənə qarşı hücumların davam etdiyi zamana kimi, Yəmən xalqı da öz raket qüdrətini artıracaq. Və Yəmən ordusu bu raketlər ilə düşməni istənilən nöqtədə vurmağa qadirdir.