Yəmənli ailənin 3 üzvü canından oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322417-yəmənli_ailənin_3_üzvü_canından_oldu
Yəmənin Əl-Hüdəydə vilayətində yerləşən Cəbilə məntəqəsinin Ərəbistan tərəfindən bombardmana məruz qalması nəticəsində bir ailənin 3 üzvü həyatını itirb, daha iki nəfər isə yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2018 12:50 Asia/Baku
  • Yəmənli ailənin 3 üzvü canından oldu
    Yəmənli ailənin 3 üzvü canından oldu

Yəmənin Əl-Hüdəydə vilayətində yerləşən Cəbilə məntəqəsinin Ərəbistan tərəfindən bombardmana məruz qalması nəticəsində bir ailənin 3 üzvü həyatını itirb, daha iki nəfər isə yaralanıb.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Səna Beynəlxalq Hava Limanının müdiri Xalid Şaif deyib: Təcavüzkar Səudiyyə rejimi Yəmən səmasını uçuşa qadağa zona elan edərək, yəmənli xəstələrin və yaralıların təyyarə ilə müalicə olunmaq üçün köçürülməsinə icazə vermir. Bu da böyük bir humanitar faciənin yaşanmasına səbəb olur. 

Şaifin dediyinə görə, bundan öncə Səna hava limanından hər gün 50 uçuş həyata keçirilirdi. Amma, sonralar bu uçuşların sayı xəstələr və yaralıların müalicə olunmaq üçün Misir, İordaniya və digər ölkələrə köçürülməsi üçün 3-4 uçuşa qədər azaldıldı. 

Səna hava limanının müdiri yaralıların və xəstələrin köçürülməsinə icazənin verilməməsini bəşəriyyət əleyhinə cinayət və müharibə cinayəti adlandırıb. 

Yəmənin Səhiyyə Nazirliyi də bildirib: Səhiyyə sistemindəki acınacaqlı duruma görə hər gün 20-30 xəstə həyatını itirir.