Tramp Mahmud Abbasa 5 milyard dollarlıq rüşvət təklif edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322760-tramp_mahmud_abbasa_5_milyard_dollarlıq_rüşvət_təklif_edib
Amerika qaynaqları bildiriblər ki, ABŞ dövləti Fələstin muxtariyyətinin başçısına saziş müzakirələrinə qayıtması şərti ilə 5 milyard dollarlıq rüşvət təklif edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2018 09:52 Asia/Baku
  • Tramp Mahmud Abbasa 5 milyard dollarlıq rüşvət təklif edib
    Tramp Mahmud Abbasa 5 milyard dollarlıq rüşvət təklif edib

Amerika qaynaqları bildiriblər ki, ABŞ dövləti Fələstin muxtariyyətinin başçısına saziş müzakirələrinə qayıtması şərti ilə 5 milyard dollarlıq rüşvət təklif edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın diplomatik mənbələri bildiriblər ki, ABŞ prezidenti Donald Tramp Fələstin muxtariyyətinin başçısının saziş müzakirələri masası arxasına qayıtması şərti ilə ona 5 milyard dollar rüşvət verməyə hazırdır. 

Bu təklifi Trampın kürəkəni və müşaviri Cerd Kuşner və Amerikanın Orta şərq üzrə nümayəndəsi Cason Qrinblat prezident Trampa veriblər. 

Bu məlumata görə, Fələstin muxtariyyəti bu təkliflə razılaşarsa Fars körfəzinin ərəb ölkələri və Avropa Birliyindən də əlavə 5 milyard dollar alacaq.