Ərəbistanın neftayırma zavodu yəmənlilər tərəfindən hədəfə alınıb
Sen 15, 2018 05:24 Asia/Baku
Yəmən ordusunun raket bölməsi səudiyyənin Yəmən xalqına qarşı hücumlarına cavab olaraq, Ərəbistanın cənubundakı Cizan məntəqəsində yerləşən Aramko neftayırma zavodunu bir ədəd ballistik raketlə hədəfə alıb.
Bundan öncə Yəmənin bir ədəd pilotsuz uçan aparatı bu ölkənin qərb sahilində yuva salmış əmirliklərin qüvvələrinin qərargahını hədəfə almışdı.
Təcavüzkar səud koalisiyasının sözçüsü Tərəki Əlmaliki də bu koalisiyanın bir ədəd hərbi vertolyotunun Yəmənin Əlmuhrə əyalətində süqut etməsi və onun iki sərnişininn ölməsindən xəbər verib.
Digər tərəfdən, səudiyyə qırıcılarının Yəmənin Əlhudəydə şəhərinin şərqində yerləşən "16-cı kilometr" adlı məntəqəyə qarşı hücumunda azı səkkiz yəmənli mülki həyatını itiribdir.
Teqlər