Mənbicdə partlayış
Sen 16, 2018 05:48 Asia/Baku
-
Mənbicdə partlayış
Suriyanın Hələb vilayətinin şimalında Mənbic şəhərinin mərkəzində törədilən partlayışda bir nəfər ölüb və 7 nəfər yaralanıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Mənbicdə partlayış ilə eyni zamanda İdlibin cənub şərqində gedən toqquşmalarda Milli Azadlıq Cəbhəsi adlanan qrumun hərbi başçısının Suriya ordusu tərəfindən öldürüldüyü bildirilib.
Mənbicdə iki gün öncə də bir uşağın ölümü ilə nəticələnən partlayış baş vermişdi.
Deyrəzzurun cənub şərqində Əbu Hərdub kəndində də İŞİD terrorçualrı tərəfindən törədilmiş bomba partlayışı nəticəsində bir nəfər ölüb və 6 nəfər yaralanıb.
Teqlər