İraqın yeni parlament sədri terrorizm ilə mübarizəyə təkid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322929-İraqın_yeni_parlament_sədri_terrorizm_ilə_mübarizəyə_təkid_edib
Məhəmməd ƏL-Həlbusi İraq parlamentinin sədri seçildikdən sonra ilk çıxışında İraq xalqının mənafeyinə uyğun olan və terrorizm ilə mübarizə istiqamətində qanunların qəbul olunması istiqamətində hərəkət edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 05:48 Asia/Baku
  • İraqın yeni parlament sədri terrorizm ilə mübarizəyə təkid edib
    İraqın yeni parlament sədri terrorizm ilə mübarizəyə təkid edib

Məhəmməd ƏL-Həlbusi İraq parlamentinin sədri seçildikdən sonra ilk çıxışında İraq xalqının mənafeyinə uyğun olan və terrorizm ilə mübarizə istiqamətində qanunların qəbul olunması istiqamətində hərəkət edəcəyini bildirib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Əl-Həlbusi ölkənin bəzi bölgələrində İŞİD terrorçularının qalıqlarının fəaliyyəti barədə deyib: İraqın terrorizm ilə mübarizədə əlavə fəaliyyətlər və mübarizəyə ehtiyaclı olduğunu nəzərə alaraq İraq xalqının mənafeyini təmin edən qanunların qəbul edilməsini sürətləndirmək zərurət daşıyır. 

Əl-Əlbusi dünən 298 səsdən 169-nu qazanaraq İraq parlamentinin sədri seçilib.