İki fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322938-İki_fələstinli_şəhid_olub
Sionist rejim hərbçiləri bu gün Beyt-ləhmin yaxınlığında yerləşən Quş Ətsiun qəsəbəsində bir fələstinli gəncin üzərinə atəş açaraq onu şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 11:03 Asia/Baku
  • İki fələstinli şəhid olub
    İki fələstinli şəhid olub

Sionist rejim hərbçiləri bu gün Beyt-ləhmin yaxınlığında yerləşən Quş Ətsiun qəsəbəsində bir fələstinli gəncin üzərinə atəş açaraq onu şəhid ediblər.

İRİB-in verdiyi məlumata görə, sionist medialar bildiriblər ki, bu fələstinli gəncin İordan çayının qərb sahilində həyata keçirdiyi anti-sionist əməliyyatında iki sionist yaralanıb. 

Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, 3 avqustda qayıdış haqqı yürüşlərində sionist rejim hərbçiləri tərəfindən vurulan fələstinli gənc bu gün yarasının ağır olması üzündən şəhid olub. 

Bu fələstinli yeni yetmənin şəhadəti ilə qayıdış haqqı yürüşlərində şəhid olanların sayı 28 nəfərə çatıb. 

Qayıdış haqqı aksiyaları 30 martdan başlayıb. Aksiyada məqsəd fələstinli didərginlərin öz doğma yurdlarına qayıtmaq haqqını vurğulamaq və Qəzzə zolağına qarşı blokadaya son qoyulmasını tələb etməkdir. Aksiya Qəzzə zolağının işğal olunmuş ərazilərlə təmas xəttində hər həftə cümə günü davam etdirilir.